Gəncədə yol qəzası, xəsarət alanlar var

Gəncədə yol qəzası, xəsarət alanlar var
19:59

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin "aeroport yolu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri - 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada