Eyni gündə iki uşaqlıq dostu şəhid oldu

Eyni gündə iki uşaqlıq dostu şəhid oldu
17:17

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nətivəsində şəhid olan hərbçi Ramazan Yağızın hekayəsi Türkiyəni kədərləndirib.

News365.az-ın məlumatına görə, o, üç il əvvəl, 11 noyabr 2022-ci ildə şəhid olan həmkəndlisi və uşaqlıq dostu Emre Sevinci sosial mediada yad etdikdən bir neçə saat sonra özü də şəhid olub.

Ramazan Balıkesir vilayətinin Sındırgı bölgəsində yerləşən Çatalsöğüt kəndinin sakinidir. Şəhidin xəbərini anası Ayşe Yağız Bursa vilayətindəki evində asılıb. Həm doğulduğu kənd, həm də ailəsinin yaşadığı Küçükbalıklı məhəlləsində Türkiyə bayraqları ilə bəzədilib.

Ramazan Yağız sosial media hesabında 11 noyabr 2022-ci ildə şəhid olan dostu Emre Sevinci “Şəhadətinin ildönümündə məkanın cənnət olsun, igidim” sözləri ilə yad edib. Bu paylaşımından bir neçə saat sonra isə onun da şəhid olduğu xəbəri gəlib. Emre Sevinçin atası Mehmet Sevinç sosial şəbəkədə hər iki şəhidin fotosunu paylaşaraq yazıb: “Cənnətdə görüşmək üçün eyni günəmi sözləşdiniz, igidlərim? Eyni torpağın, eyni kəndin övladlarısınız”.

Şəhid Ramazan Yağızın 10 il əvvəl könüllü şəkildə kök hüceyrə (sümük iliyi) bağışladığı məlum olub. 2023-cü ilin iyununda onun hüceyrələrinin xərçəng xəstəsi ilə uyğun gəldiyi təsdiqlənib və Ankara Bilkent Şəhər Xəstəxanasında uğurlu köçürmə əməliyyatı həyata keçirilib.

Ramazan Yağızın nəşi doğulduğu kənddə hərbi mərasimlə torpağa tapşırılacaq.


Sizin reklam burada
Sizin reklam burada