Gəncədə 6 yaşlı qızı avtomobil vurub

Gəncədə 6 yaşlı qızı avtomobil vurub
13 Noy 2025 20:00

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 6 yaşlı A.Əlizadə yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub.

6 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada