Bakıda, Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.
2004-cü il təvəllüdlü Ləman Mehman qızı Vəliyeva kirayə yaşadığı mənzildə aldığı xəsarətlərdən vəfat edib.
Onu döyərək öldürməkdə şübhəli bilinən əri, 1991-ci il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.