ABŞ-da maraqlı və tragikomik hadisə baş verib. WCSC-nin yaydığı məlumata görə, gənc bir ovçu marala atəş açan zaman adam vurub.
"Hadisə keçən həftə Şimali Karolinadan olan 20 yaşlı Kristofer Kelle Makdonaldın başına gəlb. O, axşam Summervildə gəzinti cığırı ilə gedən cütlüyü güllələyib. 54 yaşlı Lori Uind ağır yaralanıb, həkimlər ona kömək etməyə çalışsalar da, bir neçə saat sonra qadın dünyasını dəyişib. Onun ərinin də yaralandığı məlum olub Amma kişinin durumu ilə bağlı təfərrüatlar açıqlanmır", - nəşr yazıb.
Polis əməkdaşları əvvəlcə hadisə yerində odlu silah tapıblar. Daha sonra şübhəli şəxsi müəyyənləşdirilib: "Makdonald sonda polisə təslim olub və atəş bölgəsində olduğunu etiraf edib. İstintaqın məlumatına görə, gənc gecə qanunsuz ov edirmiş. O, yarpaqların xışıltısı səsini maralın gəzintisi sanıb. Daha sonra ovçu 20 kalibrlik ov tüfəngindən üç-dörd güllə atıb. Məhkəmədə Makdonald artıq bir sıra ittihamlarla ittiham olunub. Hakim ona 400.000 dollar məbləğində girov təyin edib.
Tural