Polisin əmrinə tabe olmayan sürücü həbs olunub

Polisin əmrinə tabe olmayan sürücü həbs olunub
16:37

Polisin əmrinə tabe olmayan sürücü 15 gün həbs olunub. 

Bu barədə News365.az-a DYP-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, paytaxt sakini Murad Kərimov idarə etdiyi “Toyota” markalı avtomobilin xarici işıq cihazlarında dəyişiklik etdiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o, müayinədən keçməyə dəvət edilib. Bu zaman Murad Kərimov məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb. Müayinədən keçməkdən imtina edən M.Kərimov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs olunub. 

Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


Youtube kanalımız

Oxşar xəbərlər