"Çoxuşaqlı ailələrə görə hər hansısa yardımın edilməsi nəzərdə tutulmur".
News365.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, bu yardım çox güman ki, gələn il də həyata keçirilməyəcək.
"Amma çoxuşaqlı ailələr ünvanlı sosial yardım ala bilərlər. Yəni hökumət bu cür yardımları fərdi ünvanlı sosial yardım formasında həyata keçirir". - deyə o bildirir.
Ekspert qeyd edib ki, fərdi ünvanlı sosial yardımın nə cür hesablayır, ailə üzvlərinin sayı ehtiyac meyarına görə uyğunlaşdırılır.
"2024-cü il üçün 270 manat, 2025-ci il üçün isə infilyasiyaya uyğun olaraq artırılacaq.
Hazırda uşağın sayına görə, uşağın anadan olmasına görə, uşaq pulu adı ilə hər hansı bir kompensasiya nəzərdə tutulmayıb, nəzərdə tutulmayacaq və nəzərdə tutulması da doğru deyil. Çünki ölkənin əhalisinin sayı çoxdur, mövcud əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq məsələsi var, eyni zamanda demoqrafik artım var. Ona görə də uşağın sayının artımına subsidiyalaşdırmır və doğru da deyil. Ehtiyacı olan hər kəs üçün ünvanlı sosial yardım şəkilində dövlət dəstək olur”, - deyə o, fikirlərini yekunlaşdırıb.