Mərakeşdə 15 min il əvvəl otlarla müalicə olub

Mərakeşdə 15 min il əvvəl otlarla müalicə olub
15:57

Alimlər maraqlı kəşf üzə çıxarıblar. Elm adamları müəyyən ediblər ki, Mərakeşin qədim sakinləri hələ 15 min il əvvəl müalicəvi bitkilərdən dərman kimi istifadə ediblər. Bu barədə “Arkeonews” nəşri “Nature” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

"Mərakeşdə dərman bitkilərinin tapıldığı mağara 1908-ci ildə aşkarlanıb. Bura əslində Şimali Afrikanın ən qədim dəfn yeri hesab olunur. Yeni araşdırmada elm adamları orada "efedra" tapdıqlarını bildiriblər. Bitki mağaranın dəfn olunma və dəfn mərasimləri üçün istifadə edilən hissəsində olub", -məlumatda qeyd edilib.

Radiokarbon araşdırmalarda maraqlı detallar üzə çıxıb. İnsanlar bitkini mağaraya gətirirlərmiş: "Çox güman ki, ondan dəfn mərasimləri üçün istifadə ediblər. Əvvəlki araşdırmalar göstərir ki, insan icmaları soyuqdəymələri müalicə etmək və qanaxmaya qarşı efedradan geniş istifadə ediblər. Mərakeşdəki tapıntı isə efedradan istifadənin ən qədim sübutu hesab edilə bilər. Həm də bu mağarada cərrahi əməliyyatın izləri olan qədim bir kəllə da tapılıb və qədim xəstə prosedurdan sağ çıxıb. Bütün bunlar Afrikanın qədim sakinlərinin tibbi biliklərinin yüksək səviyyəsindən xəbər verir".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər