Avstraliya hökuməti Ukraynaya dəyəri 9 milyon dollardan çox olan 14 hərbi kateri pulsuz göndərəcək.
News365.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marles məlumat verib. Nazirin sözlərinə görə, yeni hərbi yardım paketi Ukraynaya dəniz təhlükəsizliyini gücləndirməyə və sahil mühafizəsini təmin etməyə imkan verəcək:
"Avstraliya silahlı qüvvələrinə məxsus olan bu sürətli və manevrli qayıqlar Ukrayna Silahlı Qüvvələrinin dəniz imkanlarını artıracaq və Qara dənizdə Rusiyanın əks hücumlarına kömək edəcək". O, həmçinin bildirib ki, Avstraliyanın Kiyevə göstərdiyi hərbi yardımın ümumi məbləği 856 milyon ABŞ dolları keçir. Bundan başqa, 131 milyon ABŞ dolları humanitar yardım olaraq göndərilib. 2022-ci ilin mart ayından Avstraliya Ukraynaya silah və sursat, o cümlədən "Bushmaster" zirehli transportyorları, M777 haubitsaları, "M1"13 zirehli texnikaları, tank əleyhinə silahlar və pilotsuz uçuş aparatları göndərib.