Məşhur serb rejissor Emir Kusturitsa TASS-a açıqlamasında musiqi karyerasını başa vurduğunu etiraf edib.
Kusturitsa iki il əvvəl "The No Smoking Orchestr" qrupu ilə ifa etməyi dayandırdığını qeyd edib. Onun son çıxışları Parisdə və Rusiyada olub.
“Müasir və etnik musiqini birləşdirərək, insanlar üçün terapiya yaratmağa çalışdıq. Düşünürəm ki, buna nail olduq”, - deyə rejissor qeyd edib.
"No Smoking Orchestra" 1978-ci ildə musiqiçilər Nele Karajlic və Sejo Sexon tərəfindən yaradılıb. 1984-cü ildə "Das ist Walter" adlı ilk albomunu buraxıblar. 1986-cı ildə Emir Kusturitsa qrupa basçı kimi qoşulub. O, “Pozdrav iz zemlje safari” albomunun yazılmasında iştirak edib, həmçinin qrup üçün bir neçə klip də çəkib.
Tural