“Titanik”in batması zamanı dayanan sərnişinlərdən birinə aid olan cib saatı hərracda təxminən 100 min dollara satılacaq. Bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd edilib ki, Uruqvaydan olan "Titanik"in sərnişini Ramon Qomezin layner batdığı zaman saat 4:53-də dayanmış cib saatı tezliklə hərraca çıxarılacaq. Mütəxəssislər hesab edirlər ki, kolleksiyaçılar bu nadir tarixi əşya üçün təxminən 100 min dollar ödəməyə razı olacaqlar.
Qomez qəza zamanı şezlonqundan (istirahət üçün nəzərdə tutulmuş yumşaq kreslo-red.) tutaraq özünü xilas etməyə çalışıb. Onun cəsədi “Titanik”in batmasından bir həftə sonra tapılıb. Şəxsi əşyaları ilə birlikdə götürülmüş saat bərbad vəziyyətdə imiş.
Tural