"Ukrayna ordusu 20 kənddən geri çəkilə bilər" - BILD analitiki

"Ukrayna ordusu 20 kənddən geri çəkilə bilər" - BILD analitiki
15:46

Ukrayna ordusu Donetsk vilayətində yeni "qaynar qazan"la üz-üzədir. Cəbhənin bu hissəsində ruslar iki tərəfdən irəliləməyə çalışırlar.

Bu barədə BILD-in hərbi analitiki Culian Röpke məlumat yayıb.  Onun sözlərinə görə, Rusiya qoşunları şimal-şərqdən Donetsk vilayətindəki Kuraxovski su anbarının sahillərinə gəlib. Eyni zamanda, onlar Uqledar istiqamətindən cənub-qərbdən də əraziyə doğru irəliləyirlər.

Röpkenin qeyd etdiyi kimi, buna görə Ukrayna Silahlı Qüvvələri geri çəkilməsə, Kuraxovo şəhəri ətrafında "qaynar qazan"a düşmək təhlükəsi yaranacaq. Geri addım atılacağı təqdirdə isə 20 kənd işğal olunacaq.

"Rusiya işğalçı ordusu Donetsk vilayətinin Maksimovka kəndini ələ keçirib. Ukraynanın bu ərazidə ehtiyat qüvvələri və "ikinci" müdafiə xətti olmadığından, onların irəliləməsi gündə təxminən 2 km-yə bərabərdir və başqa bir "qaynar qazan" təhlükəsi yaradır. Ukrayna ordusu çox güman ki, Andreevka kəndindən cənub-şərqdə 20-yə yaxın yaşayış məntəqəsindən daha bir irimiqyaslı geri çəkilmə etməklə bu qazan təhlükəsindən xilas olacaq”, - Röpke yazır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər