G7 sammitində ayı təhlükəsi yaranıb -"The Guardian"

G7 sammitində ayı təhlükəsi yaranıb -"The Guardian"
11:43

Britaniyanın “The Guardian” qəzeti maraqlı məlumat yayıb. Qeyd edilib ki, Kananaskis qraflığında keçirilən G7 sammitinin təşkilatçıları ayı və digər vəhşi heyvanların potensial təhlükə törətməsindən narahatdırlar.


Nəşr qeyd edib ki, G7 sammitlərinə hazırlıq adətən dünya liderlərinin elit təhlükəsizliyinin təmin edilməsini, küçə nümayişləri və etirazlarına qarşı tədbirlərin görülməsini əhatə edir. Bu halda onlar vəhşi təbiətdən gələn potensial təhlükələri nəzərə almayıblar.


“Rəsmilər haqlı olaraq bölgənin iri və gözlənilməz vəhşi heyvanlarından. Bunlar sığın, puma, canavarlar, qara ayılardır”, - nəşr yazır.


Bundan əlavə, bölgədə bir neçə onlarla qrizli ayısı da yaşayır.

Tədbirin təhlükəsizliyini təmin etmək üçün  vəhşi heyvanların əraziyə girişini məhdudlaşdırmaq üçün ərazi boyu hasarlar quraşdırılıb. Onların tez-tez göründüyü yerlərdə isə elektrik hasarları quraşdırılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada