ABŞ 100 mindən çox vizanı ləğv edib

ABŞ 100 mindən çox vizanı ləğv edib
12 Yan 2026 21:20

ABŞ Dövlət Departamenti 100 mindən çox vizanı ləğv edib.

News365.az xəbər verir ki, bu barədə departamentin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Dövlət Departamenti daha əvvəl cinayət fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları ilə təmasda olmuş şəxslərə verilmiş vizalar da daxil olmaqla, 100 mindən çox vizanı, o cümlədən təxminən 8 min tələbə vizasını və 2,5 min ixtisaslaşdırılmış vizanı ləğv edib", - məlumatda deyilir.

Qeyd edilib ki, bu cür şəxslərin deportasiyası ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə davam etdiriləcək.



Sizin reklam burada
Sizin reklam burada