G7 nazirləri Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək

G7 nazirləri Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək
24 Avq 2025 17:25

G7-nin xarici işlər nazirləri avqustun 24-də Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək.

News365.az xəbər vrir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin rəhbəri Antonio Tayani sülh və suverenliyə hörmət yolunda Ukraynaya hərtərəfli dəstəyi təsdiqləyib. O, həmçinin İtaliya Xarici İşlər Nazirliyinin fasadının Ukrayna bayrağının rənglərində işıqlandırılmasını tapşırıb.

Bildirilir ki, nazir “Böyük Yeddiliy”ə sədrlik edən Kanadanın çağırdığı virtual G7 toplantısında iştirak edəcək.

G7 ölkələri liderlərin avqustun 18-də Vaşinqtonda keçirilmiş görüşünün nəticələrini yekunlaşdıracaq və Ukraynada sülhün bərqərar olması perspektivlərini müzakirə edəcək.


Sizin reklam burada
Sizin reklam burada