Füzulidə gənclər düşərgəsi təşkil olunub -FOTOLAR

Füzulidə gənclər düşərgəsi təşkil olunub -FOTOLAR
07 İyn 2026 11:47

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin təşkilatçılığı ilə 03-05 iyun 2026- cı il tarixdə Füzuli rayonunun Horadiz şəhərində “ Füzuli gənclər düşərgəsi” layihəsi keçirilib.

Layihənin açılış brifinqində çıxış edən layihə rəhbəri Nurəddin Mehdiyev bu tip layihələrin qeyri- formal təhsil metodları ilə gənclərin bilik və vərdişlərinin artmasına xidmət etdiyini bildirdi.

Üç gün ərzində həyata keçirilən layihə çərçivəsində 100 nəfər gəncin iştirakı ilə “effektiv komanda quruculuğu və şəbəkələşmə” təlim sessiyası, liderlik mövzusunda təlim sessiyası, açıq hava komanda oyunları, “könüllülük fəaliyyəti” mövzusunda təlim, “sosial layihələrin idarə olunması, start ap ideyalarının formalaşdırılması, gənclərin süni intellekt texnologiyalarından istifadə imkanları” mövzuları üzrə vorkşop, Qarabağ və Şərqi Zəngəzur mövzusunda intellektual yarış və idman yarışları kimi fəaliyyətlər təşkil edilmişdir.

Layihənin bağlanış tədbirində layhə rəhbəri və tərəfdaş təşkilatların rəhbərləri “Füzuli Gənclər Düşərgəsi” nin gənclərin sosial təşəbbüskarlıq vərdişlərinin artmasına, onlarda yerli icmalarla işləmək üzrə müsbət davranış modelləri yaradacağına təsir edəcəyini bildirdilər. Layihə çərçivəsində yaradılan ünsiyyət mühiti onların bir-biri ilə tanış olmasına, dostluq və əməkdaşlıq əlaqələri qurmasına şərait yaradacaq. Sonda layihənin yekun qiymətləndirməsi həyata keçirilmiş və iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.


Sizin reklam burada
Sizin reklam burada