Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Krımda yarımadadakı hərbi obyektlər barədə Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) məlumat ötürən yerli sakini saxlayıblar. Bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (ÇXR) məlumat yayıb.
"Müəyyən edilib ki, Simferopol sakini Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən məxfi əməkdaşlığa cəlb edilib və kuratorunun göstərişi ilə yarımada ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi obyektləri haqqında məlumat toplayıb. O, məlumatları xarici internet messenceri vasitəsilə Ukrayna tərəfinə ötürüb", - İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural