Fransalı respondentlərin 64%-i Ukraynaya hərbi yardımın artırılmasının və ya eyni həcmdə saxlanılmasının tərəfdarıdır. Respondentlərin 18 faizi belə hesab edir ki, yardım azaldılmalıdır. 17 faiz isə yardımın ümumiyyətlə dayandırılmasını istəyir. Bunu Elabe İnstitutunun BFMTV üçün keçirdiyi sorğusunun nəticələri sübut edir.
UNİAN yazır ki, Ukraynanı dəstəkləməyə davam etmək istəyən fransızların sayı 2024-cü ilin iyun ayından etibarən artan xəttlə davam edir. Ancaq hər dörd nəfərdən üçü bunun üçün daha çox vergi ödəməyə razı deyil. Fransa sülhməramlılarının Ukraynaya göndərilməsinə gəlincə, respondentlərin 68%-i müharibə bitməmiş belə bir qərarın “əleyhinə”, 67% isə lehinədir. Qərar ancaq sülh sazişi imzalandıqdan sonra reallaşmalıdır.
Bundan əlavə, sorğuda iştirak edən vətəndaşlardan Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında baş verən mübahisəyə münasibəti soruşulub. Təxminən 4 nəfərdən 3-ü baş verənlərdən “şok” yaşadığını deyib. Bununla belə, insanların yalnız 8%-i Ukrayna liderini buna görə günahlandırıb. Respondentlərin 59%-i isə məsuliyyəti Trampın üzərinə qoyur.
Tural