Fransada meşə yanğını İkinci Dünya müharibəsindən qalan sirri üzə çıxardı

Fransada meşə yanğını İkinci Dünya müharibəsindən qalan sirri üzə çıxardı
02 Avq 2026 14:00

Fransanın cənubunda davam edən meşə yanğını zamanı Jirond bölgəsinin Le Porj kəndində İkinci Dünya müharibəsi dövrünə aid 400-dən çox tarixi döyüş sursatı və minaatan mərmisi aşkar edilib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətli qurumların məlumatına görə, yanğın zamanı eşidilən və ilkin mərhələdə qaz balonlarının partlaması hesab edilən güclü partlayışlar, yüksək temperaturun təsiri nəticəsində partlayan İkinci Dünya müharibəsindən qalmış döyüş sursatlarından qaynaqlanıb.

Le Porj bələdiyyəsinin meri Marsial Zaninetti bildirib ki, həmin sursat anbarının mövcudluğundan xəbərsiz olublar. Onun sözlərinə görə, partlayışlar nəticəsində döyüş sursatları ətrafa səpələnib, mərmilərdən biri isə yaşayış evlərindən birinin içərisinə düşərək binanı deşib keçib.


Sizin reklam burada
Sizin reklam burada