Fransa XİN rəhbəri: ABŞ-ın Venesueladakı hərəkətləri beynəlxalq qanunlara ziddir

Fransa XİN rəhbəri: ABŞ-ın Venesueladakı hərəkətləri beynəlxalq qanunlara ziddir
03 Yan 2026 20:40

“ABŞ-ın Venesuelaya müdaxiləsi və ölkə prezidentinin ələ keçirilməsi beynəlxalq qanunlara ziddir və qlobal təhlükəsizlik üçün ağır nəticələrə səbəb ola bilər”.

News365.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot öz “Telegram” kanalında yazıb.

"Nikolas Maduronun ələ keçirilməsinə səbəb olan hərbi əməliyyat beynəlxalq hüququn mərkəzində olan güc tətbiq etməmək prinsipinə ziddir. Fransa xatırladır ki, heç bir davamlı siyasi həll yolu kənardan tətbiq edilə bilməz və suveren xalqlar öz gələcəyini müəyyən edir", - o bildirib. 

Barrot Venesuela prezidentinin siyasətini tənqid edib. Lakin qeyd edib ki, Paris Venesuela xalqının suverenliyinə hörməti dəstəkləyir.

Xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ABŞ-ın xüsusi məsuliyyətini vurğulayıb və bildirib ki, bu qurumun daimi üzvləri tərəfindən güc tətbiq etməmək prinsipinin pozulması qlobal təhlükəsizlik üçün heç kimin qarşısını ala bilməyəcəyi ağır nəticələrə səbəb olacaq. 

O, həmçinin Parisin BMT Nizamnaməsinə sadiq olduğunu bildirib və bütün dövlətləri ona əməl etməyə çağırıb.


Sizin reklam burada
Sizin reklam burada