“Fransa beynəlxalq tədbirlərdə əleyhimizə ictimai rəy formalaşdıracaq“ - Deputat

“Fransa beynəlxalq tədbirlərdə əleyhimizə ictimai rəy formalaşdıracaq“ -  Deputat
18 Apr 2024 09:57

"Fransa bu gün Azərbaycana qarşı yalnız beynəlxalq təşkilatlar vasitəsilə və koalisiya vasitəsilə təsir edə bilər. Təhlükəsizlik şurasının daimi üzvü kimi 3 dəfə cəht etdi ki, Azərbaycana qarşı nəsə qətnamə qəbul elətdirsin".

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu sözləri News365.az-a müsahibəsində deyib.

"Fransa indi bir növ probsi hücumları təşkil edir, özü geri çəkilir, amma vəkarətlə Hollandıyanı, Almaniyanı qabağa verməyə çalışdı. İndi də başqa vasitələrlə Azərbaycan üzərinə daim bir təyziq yaratmağa çalışacaqdır. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan əleyhinə ictimai rəy formalaşdıracaq. Nəticə etibarilə Ermənistanı gücləndirməklə barəbər, Azərbaycana qarşı mümkün sanksiyalar, ictimai rəydə anti-demokratik ölkə olması, insan hüquqlarını pozan bir ölkə olması kimi məqsədlərlə qarayaxma kampaniyası edəcəkdir. Fransanın real imkanları yoxdur ki, hərbi müdaxilə və yaxud iqtisadi baxımdan hansısa təziqlər yaratsın"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər