"Fransa Azərbaycana qarşı aqressiyasını artırmaqla iki məqsədini ifadə edir"- Politoloq

"Fransa Azərbaycana qarşı aqressiyasını artırmaqla iki məqsədini ifadə edir"- Politoloq
24 İyn 2024 14:18

"Fransa Cənubi Qafqaz siyasətində Azərbaycana qarşı aqressiyasını artırmaqla iki məqsədini ifadə edir."

Politoloq Akşin Kərimov bunu News365.az-a açıqlamasında deyib. 

"Birincisi, Paris ilk mərhələdə Ermənistanı silahlandırmaqla perspektiv şəkilləndirmə üçün şərait yaratmağa çalışır.

İkincisi, Fransanın məqsədi növbəti mərhələdə böyük planda açılır. Parisin niyyəti odur ki, region bu ssenaridə xaos məkanına çevrilsin və Fransa həmin qarışıqlıqları idarə etsin.

Fransanın Ermənistanda hərbi baza yaratmaq istəkləri qeyd etdiyim mərhələli planlardan xəbər verə bilər.

Ancaq potensial və imkanlar baxımından Fransanın Cənubi Qafqazda qol-qanad açaraq şişməsi o qədər də gerçək səslənmir.

Ona görə ki, Fransanın addımları Rusiya və Türkiyə ilə yanaşı, regionda Azərbaycanın maraqlarını nəzərə alaraq strateji tərəfdaşlıq xəttini inkişaf etdirmək istəyən Böyük Britaniyanın da prioritetlərinə ziddir.

Başqa yandan, Azərbaycan müdafiə qüdrəti və mümkün hərbi təxribatlara qarşı güclü arsenalı Fransanın maraqlarına sığınan Ermənistana daha sarsıdıcı zərbə vurmaq iqtidarındadır.

Bu isə birbaşa və ya dolayı yollarla Fransanın regiondakı zərərli maraqlarını zərbə altına qoyur.

Məntiqlə, Fransanın regionda Ermənistana gizli gündəliklə sərmayələr qoyması həm İrəvan, həm də Paris üçün xeyir gətirən deyil."

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər