"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı

"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı
09:38

"Formula-2" üzrə sprint yarışın startından dərhal sonra 2-cü döngənin girişində qəza yaşanıb.

News365.az xəbər verir ki, "Invicta Racing" komandasının sürücüsü Rafael Kamara arxadan "Prema Racing" komandasının sürücüsü Mari Boyaya toxunub.

Nəticədə Mari Boyanın bolidinin arxa qanad qırılıb və o, təhlükəsizlik "cib"inə girərək mübarizəni dayandırmalı olub.

Bolidin təxliyəsi üçün trasa təhlükəsizlik maşını çıxıb.

Stüardların qərarı ilə Rafael Kamara insidentdə təqsirkar bilinib və onun yekun nəticəsinə 10 saniyə əlavə olunacaq.


Sizin reklam burada
Sizin reklam burada