"Fitburq" gəmisi saxlanılıb

"Fitburq" gəmisi saxlanılıb
21:20

Finlandiya hüquq-mühafizə orqanları kabelə ziyan vurduğu üçün Sent-Vinsent və Qrenadin bayrağı altında üzən "Fitburq" yük gəmisini 14 ekipaj üzvü daxil olmaqla saxlayıb.

News365.az xəbər verir ki, bu barədə "Reuters" Finlandiya polisinə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan gəmi Sankt-Peterburqdan yola düşərək Hayfaya gedirmiş.

Bundan əvvəl Finlandiya və Estoniyanı birləşdirən Elisa telekommunikasiya kabelinin Finlandiya körfəzində zədələndiyi bildirilib. Finlandiya polisi zərərin Estoniyanın müstəsna iqtisadi zonası daxilində olduğunu qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada