Filippo: "Zelenski Putinin atəşkəs razılaşmasına qəzəblənib" "Zelenski Putinin atəşkəs razılaşmasına qəzəblənib"

Filippo: "Zelenski Putinin atəşkəs razılaşmasına qəzəblənib" "Zelenski Putinin atəşkəs razılaşmasına qəzəblənib"
16:08

Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin atəşkəs razılaşmasına qəzəblənib. Bu barədə Fransa siyasətçisi və "Patriotlar" partiyasının lideri Florian Filippo X sosial şəbəkəsində məlumat verib.

“Zelenski Putinin atəşkəsə razı olmasından iyrənir və qıcıqlanır. Bu axşam Kiyevdə xaos hökm sürür”, -o yazıb.

Qeyd edək ki, prezident Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə apardığı danışıqların yekunlarına dair mətbuat konfransında diqqət çəkən açıqlamalar verib. O, deyib: "Rusiya Ukraynada atəşkəs təklifi ilə razılaşır. Ancaq o şərtlə razıyıq ki, bu, uzunmüddətli sülhə gətirib çıxarsın".

Donald Trampın Ağ Evə qayıdışından sonra Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində bir sıra ddımlar atılıb. Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Danışıqlar təxminən 9,5 saat davam edib. Görüşdən sonra Vladimir Zelenskinin saytında tərəflərin birgə bəyanatı dərc edilib. Bəyanata əsasən Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır. Rəsmi Vaşinqton isə dərhal kəşfiyyat məlumatlarının mübadiləsində yaranmış fasiləni aradan qaldıracaq və Kiyevə yardımı bərpa edəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada