Fil safari zamanı turisti avtomobilindən çıxararaq TAPDALADI

Fil safari zamanı turisti avtomobilindən çıxararaq TAPDALADI
24 İyn 2024 22:40

  Amerikalı turist Zambiyada safari zamanı avtomobilindən sürüklənərək fil tərəfindən tapdalanıb.

Bu barədə “Metro” məlumat yayıb.

Nyu-Meksikodan olan 64 yaşlı Culiana Qle Turnoya hücumun Livinqston şəhərindəki Maramba Mədəniyyət Muzeyi yaxınlığında vəhşi heyvan sürüsünü müşahidə edərkən baş verdiyi aydınlaşdırılır.

Zambiya hakimiyyəti turistlərə vəhşi təbiəti müşahidə edərkən son dərəcə diqqətli olmağı tövsiyə edib.Mənbənin sözlərinə görə, bu, 2024-cü ildə ikinci belə haldır. Mart ayında bir fil safari zamanı turistlərin olduğu yük maşını qovub və yaşlı sərnişinlərdən birini xilas etmək mümkün olmayıb.  


Youtube kanalımız

Oxşar xəbərlər