Fermada YANĞIN! - heyvanlar TƏLƏF OLDU

Fermada YANĞIN! - heyvanlar TƏLƏF OLDU
10:03

Oğuzda fermada baş verən yanğın zamanı ev quşları yanaraq tələf olub.

News365.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Padar kəndində, kənd sakini Mûşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadrat metr olan quşçuluq fermasında qeydə alınıb.

Yanğın zamanı fermanın 250 kvadrat metr dam örtüyü, və 1 ədəd cücə yetişdirmək üçün istifadə olunan inkubator avadanlığı yanıb. Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.

Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada