Başına metal girən kişi möcüzəvi şəkildə sağ qaldı - FOTOLAR

Başına metal girən kişi möcüzəvi şəkildə sağ qaldı - FOTOLAR
14:48

Çində həkimlər növbəti dəfə qəhrəmanlıq göstəriblər. Cərrahlar dostları ilə barda dincələn zaman ehtiyatsızlıqdan metal çubuğun üzərinə yıxılan kişinin həyatını xilas ediblər. Metal xəstənin başınə deşərək sümkdə ilişib qalıb. Bu barədə “South China Morning Post” məlumat yayıb.


Hadisə Quandun əyalətində baş verib: "Kişi dostları ilə barda içki içirmiş. O, çox sərxoş olub, sürüşərək yıxılıb və təsadüfən stola bərkidilmiş metal dirəyə dəyib. O, başı üstə düşdüyü üçn metal xəstənin başıbı deşib. Metal konstruksiya kişinin ağızdan başın içərisinə daxil olub və orada ilişib qalıb".

Hadisə yerinə ilk olaraq fövqəladə hadisələrlə bağlı aidiyyəti qurumun işçiləri gəliblər və xəstənin daşınmasını asanlaşdırmaq üçün çubuğun bir hissəsini kəsiblər. Daha sonra kişi təcili yardım maşını ilə Şençjen Universiteti Xəstəxanasına aparılıb: "Həkimlər konstruksiyanı kişinin başından çıxarmaq üçün on saat vaxt sərf ediblər. Həkimlər yad cismin əsas beyin mərkəzlərinə və ya gözlərə təsir etməməsini möcüzə adlandırıblar".

Tural


Sizin reklam burada
Sizin reklam burada