Evinizdəki gizli təhlükə: Divardakı kifin səbəbini tapmağın 1 manatlıq "folqa üsulu"

Evinizdəki gizli təhlükə: Divardakı kifin səbəbini tapmağın 1 manatlıq "folqa üsulu"
10:50

Evlərdə, xüsusən də payız-qış mövsümündə divarlarda yaranan nəmlik izləri və xoşagəlməz kif ləkələri bir çoxumuzun kabusuna çevrilir. Belə vəziyyətlə qarşılaşan bəzi ev sahibləri məsələyə adi bir rütubət kimi yanaşır, digərləri isə dərhal minlərlə manatlıq usta və təmir xərclərini düşünüb təşvişə düşürlər.

News365.az evinizdəki bu problemin əsl mənbəyini – yəni xərcin az, yoxsa çox olacağını usta çağırmadan yoxlamağın ən bəsit və pulsuz yolunu təqdim edir.

Mütəxəssislər divardakı rütubətin nədən qaynaqlandığını öyrənmək üçün ev şəraitində tətbiq oluna biləcək sadə bir test üsulu təklif edirlər.

Cəmi bir parça alüminium folqa ilə böyük kəşf!

Bu metodu sınamaq üçün sizə sadəcə mətbəxdə istifadə etdiyiniz alüminium folqa və bir az yapışqan lent (skoç) lazım olacaq.

  • Addım 1: Divarın nəmli və ya xarab olan hissəsinə kiçik bir folqa parçası yapışdırın.

  • Addım 2: Folqanın kənarlarını skoçla tam qapalı vəziyyətə gətirin ki, kənardan hava keçməsin.

  • Addım 3: Həmin hissəyə toxunmadan 24-48 saat arası gözləyin.

Nəticəni necə oxumalı?

Müddət başa çatdıqdan sonra folqanı divardan qopardın və hər iki tərəfinə diqqətlə baxın:

1. Nəmlik folqanın divara yapışan (arxa) tərəfindədirsə: Bu, ən təhlükəli ssenaridir. Problem otağın daxilindən deyil, birbaşa divarın özündən gəlir. Böyük ehtimallı səbəblər: qonşudan və ya borulardan su sızması, binanın xarici fasadının izolyasiya problemi. Bu halda mütləq peşəkar usta müdaxiləsi lazımdır.

2. Su damcıları folqanın otağa baxan (üz) tərəfindədirsə: Şad xəbər! Divarlarınız sağlamdır. Problem otaqdakı kondensasiya, yəni havanın kəskin rütubətlənməsidir. Bahalı təmirə ehtiyac yoxdur. Otağı mütəmadi havalandırmaq, aspiratordan düzgün istifadə etmək və ya nəmişlikçəkən cihazlar qoymaqla problemi kökündən həll edə bilərsiniz.

Bu sadə üsul sizi həm aldadılmaqdan, həm də usta axtarışında vaxt itirməkdən xilas edəcək. Lakin unutmayın ki, əgər evdə kəskin kif qoxusu varsa və divarlar artıq ovulub tökülürsə, gecikmədən mütəxəssis rəyi almaq sağlamlığınız üçün vacibdir.


Sizin reklam burada
Sizin reklam burada