Kursk vilayətinin Ukrayna hərbçilərindən azad edilməsi əməliyyatı zamanı rus əsgərləri maraqlı hadisə ilə qarşılaşıblar. Onlar ölmüş sahiblərinin cəsədlərini qoruyan arıqlaşmış it tapıblar. Ev heyvanının görüntülərini “Belarusskiy silovik” Telegram kanalı yayıb.
Videonun evlərdən birinin zirzəmisində çəkildiyi iddia edilir.
"Burada iki cəsəd var idi. Görünür o, sahiblərini qoruyur", -kadr arxasında danışanlardan biri deyib.
Videodan da aşkar görünür ki, görə, it çox zəifləyib və döyüşçülərə güclə reaksiya verir. Onun yanında iki cəsəd var.
Tural