41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
16:15

inəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

AYNA-dan News365.az-a verilən məlumata görə, məhdudiyyətlə əlaqədar 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. 

Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.