Politoloq Əhməd Şahidov Ermənistanın xarici və daxili siyasi proseslərini şərh edərək ölkədə gözlənilən seçkilər fonunda vəziyyətin kifayət qədər gərgin olduğunu bildirib.
O, News365.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın Avropa İttifaqı və Şengen zonası ilə vizasız gediş-gəliş istiqamətində apardığı müzakirələr regionda geosiyasi balanslara təsirsiz ötüşmür.
