Ermənistanda müxalifət partiyasının iki nümayəndəsi saxlanılıb.
News365.az xəbər verir ki, Ermənistanın müxalif “Vətən” partiyasının baş katibi Xaçik Qalstyan gecə saatlarında saxlanılıb.
Onun vəkili Arsen Babayan bildirib ki, Xaçik Qalstyan Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən sonradan həbs olunmaq məqsədilə saxlanılıb.
Partiyanın digər nümayəndəsi Aram Köçəryanın da bu qurum tərəfindən saxlanıldığı açıqlanıb.