Azərbaycan Respublikasının büdcə
xərclərinin inzibati təsnifatında dəyişiklik edilib.
News365.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının
büdcə xərclərinin inzibati təsnifatında səhmdar cəmiyyətlər hissəsindən
Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti, publik hüquqi şəxslər
hissəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində
Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi bəndləri çıxarılıb.