İyulun 10-da səma hadisəsi: “Maral Ay” görsənəcək

İyulun 10-da səma hadisəsi: “Maral Ay” görsənəcək
09 İyl 2025 21:55

Bu il iyulun 10-da gecə səmasında nadir və maraqlı astronomik hadisə – “Maral Ay” (ing. Buck Moon) müşahidə olunacaq.

News365.az xəbər verir ki, “Maral Ay” Ayın ilin ən alçaq mövqedə göründüyü vaxt baş verir. NASA-nın məlumatına görə, bu hadisə zamanı Ay günbatanla eyni vaxtda üfüqdə iri və narıncı rəngdə görünəcək. Mütəxəssislər bunu “Ayın illüziyası” adlandırır, çünki üfüqə yaxın olduqda Ay adi vaxtlardan daha böyük və parlaq təsir bağışlayır.

“Maral Ay” adı isə Şimali Amerikanın yerli xalqlarının təqvimi və ovçuluq adətləri ilə bağlıdır. Belə ki, iyul ayında maralların buynuzları böyüməyə başlayır və bu da həmin dolunaya adını verib.

Astronomlar bu möhtəşəm mənzərəni izləmək istəyənlərə şəhər işıqlarından uzaq, təmiz hava olan yerləri seçməyi tövsiyə edirlər. Şimal yarımkürəsində Ay üfüqə çox yaxın, Cənub yarımkürəsində isə daha yüksəkdə görünəcək.


Sizin reklam burada
Sizin reklam burada