Azərbaycan
ictimaiyyətinə ağır itki üz verib. Böyük filosof, Fəlsəfə elmləri doktoru,
kinoşünas Rəhman Bədəlov vəfat edib.
News365.az məlumatına görə, o, uzun sürən xəstəlikdən
sonra dünyasını dəyişib.
Qeyd edək
ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. Professor bir neçə kitabın,
o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və
ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdobalı adam: kino üçün sənədli
fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik
məqalələrin müəllifidir.
Allah rəhmət eləsin!
News365.az