Ermənistanda müxalif deputat həbs olunub

Ermənistanda müxalif deputat həbs olunub
09 İyl 2025 19:30

Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Artur Sarkisyan iki ay müddətinə həbs edilib.

News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.

Hakim Sarkisyanın azadlıqda olarkən istintaqın gedişatına təsir edə biləcəyinə görə onun barəsində həbs qərarı çıxarıb.

O, "konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda" ittiham olunur.

Qeyd edək ki, ötən gün Ermənistan parlamenti Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib. Sisianın (Qarakilsə) keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq. Arxiyepiskop “hakimiyyəti zorla ələ keçirməyə və terror aktı hazırlamağa” cəhddə ittiham olunur.


Sizin reklam burada
Sizin reklam burada