Qlobal tarifləri yüksəldən ABŞ Prezidenti Donald Trampın özünün sərvəti 500 milyon dollar azalıb.
News365.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.
Bildirilib ki, aprelin 2-də, Trampın hərtərəfli tarif planını açıqladığı gün onun sərvəti 4,7 milyard dollar olaraq qiymətləndirilirdi. Bir həftədən az müddətdə səhmlərinin və şəxsi aktivlərinin dəyəri aşağı düşdüyü üçün onun sərvəti 4,2 milyard dollara enib.
Trampın ən böyük itkisi onun ən dəyərli holdinqi olan Tramp Media və Texnologiya Qrupundan olub. Belə ki, şirkət üç ticarət günü ərzində 8% ucuzlaşaraq, oktyabrdan bəri ən aşağı qiymətə düşüb.
Trampın kommersiya daşınmaz əmlakının dəyəri təxminən 90 milyon dollar azalıb.