Müğənni Arzu Qarabağlı həmkarı Kəmalə Günəşli haqqında sərt fikirlər səsləndirib. O, bir məclisdə Günəşli ilə birlikdə olmağa utanaraq iştirak etdiyini bildirib:
"O xanımla 1-2 il bundan öncə məclisdə oldum. Mən xanım olaraq utanıb bir məclisdə iştirak etməyə çətinlik çəkdim. Hətta o videodan kimsə çəkib göndərmişdi ki, mən üzümü çevirirəm."
Sənətçinin bu açıqlaması qarşı tərəfi təəccübləndirib. Veriliş aparıcısı Qarabağlıya, Günəşli ilə birlikdə bir proqramda iştirak edib-etməyəcəyini soruşduqda isə müğənni qəti şəkildə imtina edib:
"Yox, yox. Əsla getmərəm."
Lakin aparıcı 20 min manat təklif olunsa, birlikdə səhnəyə çıxıb-çıxmayacağını soruşduqda Qarabağlı fərqli mövqe sərgiləyib:
"Bu mənim işimdir, çörəyimdir. Təbii ki, gedib oxuyub pul alıb çıxıb gələcəm."
Kəmalə Günəşli isə Arzu Qarabağlıya münasibətinin olmadığını deyib və onun haqqında tərif dolu sözlər söyləyib:
"Çox gözəl sənətkardır, çox gözəl xanımdır. Amma onunla heç bir münasibətim yoxdur."
Bu açıqlamalar müğənnilər arasında gərginlik olub-olmadığına dair suallar yaradıb.