NATO-nun baş katibi Mark Rutte Çinin hərbi cəhətdən güclənməsi və Tayvan yaxınlığında hərbi təlimlər keçirməsindən narahatlığını ifadə edib. Bu barədə ABC News məlumat yayıb.
Rutte Yaponiyanın Yokosuka dəniz limanına səfərini yekunlaşdırdıqdan sonra jurnalistlərə deyib: "Çin sürətlə silahlı qüvvələrini, o cümlədən donanmasını artırır".
Baş katibin sözlərinə görə, Şimali Atlantika Alyansı Çinin Tayvan yaxınlığında keçirdiyi hərbi təlimlərdən narahatdır və onları olduqca diqqətlə izləyir.
Rutte aprelin 7-də “Japan Times” qəzetinə müsahibəsində bildirmişdi ki, NATO Çin hərbi sənaye kompleksinə investisiyaların artmasına görə məəttəl qalıb. O qeyd edib ki, Çin artıq ABŞ-dən daha çox gəmiyə malikdir və 2030-cu ilə qədər Pekin nüvə başlıqlarının sayını minə çatdırmağı planlayır. Rutte həmçinin Çini Vaşinqtonun Hind-Sakit okean regionundakı tərəfdaşlarına qarşı çıxan “üsyançı” adlandırıb.
Tural