News365.az xəbər verir ki, müğənni Ədalət Şükürov Xəzər TV-də yayımlanan "Xəzər axşamı" verilişində sağlam qidalanma ilə bağlı fikirlərini bölüşüb.
"Səhərlər mütləq yemək yeyirəm. Çörək də yeyirəm, amma kərə yağını az istifadə edirəm. Hər şeyi yemək olar, amma hər şeyin öz qədəri var. Şirniyyat, sok, meyvə və kompot istehlak etmirəm. Hətta meyvə belə olmaz, yalnız kiçik bir alma yeyə bilərsən. Gündə 5 dəfə qidalanmalısan ki, arıqlayasan. Əks halda, digər xəstəliklərə yoluxa bilərsən.
Səhər yeməyində yumurta yemək vacibdir. Günorta acıyanda yüngül tərəvəzlər və digər xəfif qidalar qəbul etmək olar. Lakin un məmulatlarını çox istifadə etməmək lazımdır. Çay içərkən mütləq bir şeylə birlikdə içməlisən, əks halda bu, orqanizm üçün təhrikedici ola bilər," – deyə Ədalət Şükürov bildirib.