"Ermənistan kilsəsi terrorun əsas dayağıdır” Bəhruz Məhərrəmov

"Ermənistan kilsəsi terrorun əsas dayağıdır” Bəhruz Məhərrəmov
11 İyn 2025 15:05

"Ermənistan kilsəsi terrorun əsas dayağıdır”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov News365.az-a açıqlamasında Ermənistan cəmiyyətində revanşist meyillərin hələ də güclü olduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti açıq şəkildə revanşist ideyaları dəstəkləməsə də, bu baxışların həm açıq, həm də gizli daşıyıcıları mövcuddur:

“Əgər Ermənistanda yalnız suriyalı partiyalar fəaliyyət göstərsəydi və Paşinyan hər cür revanşist ideyadan imtina etsəydi, dediklərinizlə tam razılaşardım. Ancaq Prezidentin də qeyd etdiyi kimi, Ermənistanda açıq və gizli revanşistlər var. Ermənistan Kilsəsi, qatı cinayətkar olan Köçəryan-Sarkisyan cütlüyü və digər müxalif qruplar açıq revanşist ideyaları ifadə edirlər. Paşinyan və komandası isə gizli revanşistlərdir, daha çox passiv mövqe tuturlar.”

Deputat bildirib ki, bu amil Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinin dinamikasına mənfi təsir göstərə bilər:

“Cənubi Qafqazda və ümumiyyətlə dünyada erməni terrorunun əsas mənbəyi Ermənistan Apostol Kilsəsidir. Elə bir erməni terror təşkilatı və ya terrorçu yoxdur ki, bu qurum tərəfindən dəstəklənməsin. Bu baxımdan, Ermənistan Kilsəsi ən təhlükəli qüvvədir.”

Bəhruz Məhərrəmov əlavə edib ki, Paşinyandan əvvəlki hakimiyyət dövrlərində Ermənistan-Türkiyə sərhədindəki gərginlik fonunda erməni liderlər müəyyən razılaşmalar əldə etmiş, özlərini qalib sayaraq işğalın nəticələrindən faydalanmağa çalışmışdılar


Sizin reklam burada
Sizin reklam burada