"Ermənilərin mövcudluğu region üçün təhdiddir"- Hikmət Babaoğlu

"Ermənilərin mövcudluğu region üçün təhdiddir"- Hikmət Babaoğlu
27 Yan 2025 13:03

"Paşinyanın siyasətini dəyişməsi əslində onun sadəcə cildini dəyişməsidir, çünki siyasət fundamental anlayışdır və mahiyyət etibarilə eyni qalır. Biz bunu əvvəldən bilirik, hamı da bunun fərqindədir."

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu News365.az-a açıqlamasında deyib. 

"Məsələ bundadır ki, insanın antropologiyasına, davranışlarına və hərəkətlərinə kompleks şəkildə yanaşanda, onun erudisiyasının və idrak dərinliyinin səviyyəsi barədə mütəxəssislərdə müəyyən rəy formalaşır. Sizin az öncə ifadə etdiyiniz fikirlər Paşinyanın intellektual göstəricilərinə, siyasi təfəkkürünə və davranışlarına, ümumilikdə isə fizionomiyasına uyğun gəlmir. Bu adamın belə siyasət həyata keçirməsi mümkün deyil. Bəs bunun səbəbi nədir? O, hazır reseptlər alır və sadəcə bu göstərişlər əsasında addımlar atır. Bu reseptlərin haradan gəldiyini isə hamımız bilirik.

Paşinyanın cild dəyişməsini müqayisə etsək, müharibədən əvvəlki və sonrakı Paşinyanı, eləcə də müharibədən beş il sonra – 2025-ci ildə üzə çıxan yeni Paşinyanı görmək mümkündür. Bu dəyişikliklərin arxasında müəyyən güclərin dayandığını və Paşinyana hansı sözləri deməli olduğunu diktə etdiyini müşahidə edirik. O, bunu hiss edir və həm siyasi, həm də diplomatik baxımdan müəyyən istiqamətə yönləndirilir.

Mən əminəm ki, Paşinyan Amerikaya səfər edəndən sonra geri qayıtdıqda, əgər istədiklərinə nail olsa, ona yeni göstərişlər veriləcək və biz onu daha fərqli bir Paşinyan kimi görəcəyik. Bu, bizi təəccübləndirməməlidir. Əgər fərqli nəticələr olsa, deməli, o, yenidən əvvəlki Paşinyana çevriləcək və müharibədən sonrakı dövrə geri qayıdacaq.

Buna görə də düşünürəm ki, ermənilərin mövcudluğu region üçün təhdiddir. Lakin bu, onların ümumiyyətlə regionda olmaması demək deyil. Regionda inteqrasiya yalnız o zaman baş verəcək ki, burada özünü adaptasiya edə bilən bir cəmiyyət formalaşsın. Ermənilər isə regionun etnosiyasi landşaftının ayrılmaz hissəsi olmadıqları üçün nə qonşuları ilə – nə kürdlərlə, nə ruslarla, nə də azərbaycanlılarla və türklərlə birgə yaşamağı bacarırlar. Eyni zamanda, onlar özləri də bu torpaqlarda köklü olduqlarına dair bir inam aşılaya bilmirlər. Bu isə onların regiondakı gələcəyini sual altına qoyur.