Ədalət Partiyasının qurultayı keçiriləcək - Bu tarixdə

Ədalət Partiyasının qurultayı keçiriləcək - Bu tarixdə
19 Apr 2025 17:22

Ədalət Partiyasının qurultayının keçiriləcəyi tarix məlum olub.

News365.az xəbər verir ki, bu barədə Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib.

Bu gün partiyanın Ali Məclisi qurultayın 17 may tarixində keçirilməsi barədə qərar verib. Qurultayda partiyanın yeni sədri seçiləcək, rəhbər orqanlar müəyyənləşəcək.

Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada