Rusiyada qalmaqallı fırıldaqçılıq hadisəsi baş verib. Belə ki, fırıldaqçılar Moskvadan olan pensiyaçını aldadaraq 43 milyon rublını əlindən alıblar. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
"Son zamanların ən heyrətamiz fırıldaq hadisələrindən biri baş evrib. Fırıldaqçılar Moskvadan olan təqaüdçünü yeddi ay ərzində aldadaraq onu 43 milyon rubldan imtina etməyə inandırıblar. O, iki mənzil, bir avtomobilini də satıb və kredit götürüb", - paylaşımda yazılıb.
Mənbənin nəşrə bildirməsinə görə, ötən ilin avqustunda cinayətkarlar 64 yaşlı Qalinaya zəng edərək onu pulları “təhlükəsiz hesablara” köçürməyə inandırıblar. Üç ay sonra cinayətkarlar təqaüdçünü mənzilini satmağa məcbur ediblər: qadın satışdan əldə etdiyi 23 milyonu fırıldaqçılara köçürüb. Bundan əlavə, moskvalı 15 milyon rubl dəyərində olan ikinci mənzilini və yeni “Mercedes” markalı avtomobilini də satıb. Bundan sonra cinayətkarlar qadının adına kredit də götürüblər.
Tural