Goranboyda it dişləyən 16 yaşlı gəncin səhhəti bağlı rəsmi açıqlama verilib.
News365.az-ın məlumatına görə, Goranboy Mərkəzi Xəstəxanasından verilən məlumata görə,, bu gün saat 13: 30 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) it dişləməsi səbəbilə xəstəxanaya hospitalizasiya olunub.
Bildirilib ki, ona sağ baldırın orta üçdə birinin dişlənmiş yarası diaqnozu təyin edilib: "Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".