2 bacı birləşib 14 su sayğacı oğurladılar

2 bacı birləşib 14 su sayğacı oğurladılar
19 Apr 2025 16:53

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb.

News365.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı A.Məhərrəmov, 33 yaşlı A.İskəndərova və 31 yaşlı S.İskəndərova tutulublar. 

Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanıb. 

Faktlarla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada