Bulvarda dənizdən meyit çıxarıldı

Bulvarda dənizdən meyit çıxarıldı
19 Apr 2025 15:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-in Mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


    Sizin reklam burada
    Sizin reklam burada