“Ərdoğan Putini İstanbulda danışıqlar masasına gətirəcək" - Politoloqdan şərh

“Ərdoğan Putini İstanbulda danışıqlar masasına gətirəcək" - Politoloqdan şərh
12:00

Türkiyə müharibənin ilk günlərindən etibarən Rusiya-Ukrayna münasibətlərində vasitəçilik missiyasını üzərinə götürən əsas ölkələrdən biri olub.

Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib ki, 2022-ci ilin aprelində keçirilən İstanbul görüşləri, eləcə də Qara dənizdən təhlükəsiz taxıl daşınmasının təmin edilməsi Ankara diplomatiyasının mühüm nəticələri sırasında yer alır.

Onun sözlərinə görə, yaxın günlərdə İstanbulda baş tutan bir sıra danışıqlar zamanı əsirlərin mübadiləsi məsələsinin də həll olunması Türkiyənin səmimi vasitəçilik rolunu bir daha nümayiş etdirib:
“Türkiyə bu müharibənin uzanmasında maraqlı deyil. Çünki bu, həm Qara dənizin təhlükəsizliyinə, həm də Ankaranın Avropa və Rusiya ilə ticarətinə mənfi təsir göstərir”.

Politoloq əlavə edib ki, Çində keçiriləcək görüşdə də bu məsələ müzakirə olunacaq və Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini İstanbulda növbəti danışıqlara razı salmağa çalışacaq:
“Əvvəllər xüsusi nümayəndələr səviyyəsində aparılan danışıqlar indi dövlət rəhbərləri arasında baş tuta bilər. Burada əsas məqsəd Zelenski və Putin arasında birbaşa görüşün keçirilməsi və daha sonra tərəflərin geniş formatda masa arxasına gətirilməsidir. ABŞ və Donald Tramp da bu istiqamətdə təşəbbüslər göstərir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada