Ərdoğan Laçında – təyyarəsi eniş etdi + YENİLƏNİB

Ərdoğan Laçında – təyyarəsi eniş etdi + YENİLƏNİB
28 May 2025 11:23

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib. 

News365.az xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.   

***

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfərə yola düşüb. 

News365.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.   

Ərdoğanla birlikdə bir sıra nazirlər və yüksəkvəzifəli məmurlar da Laçına gəlir. 

Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək. 

Bundan əlavə, Ərdoğanın kortecinin Ankaranın Əsənboğa Hava Limanına gələrkən çəkilən görüntüləri Türkiyə mediasında yayılıb. 

Həmin kadrları təqdim edirik:



Sizin reklam burada
Sizin reklam burada